Ukrayna SQ: Rusiyanın Kaxovka su anbarını partlatması əks-hücuma mane olmayacaq

Rusiyanın Xersonda Kaxovka su anbarını partlatması Ukraynanın planlaşdırılmış əks-hücumuna mane olmayacaq.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Ukrayna ordusu su maneələrinin keçilməsi üçün hər növ su nəqliyyatı vasitəsinə və panton körpülərə malikdir və Rusiyanın fəaliyyəti Ukrayna ərazilərini işğaldan azad etməyə hazır olan müdafiə qüvvələrini dayandıra bilməyəcək.

Bəyanatda əlavə olunub ki, Rusiya qüvvələri hücum Ukrayna ordusunun hücum əməliyyatlarından qorxduğu üçün bəndi dağıdıb.

///Apa

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR