Muğanbankın “Həyat” filialının müdiri dr. Emin Aslanov Azərbaycan Respublikasının Elm
və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Qərbi Kaspi Universitetində
“Mühasibat Uçotu” və “Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri
təyin edilib.
Dr. Emin Aslanov uzun illər ölkənin bir sıra aparıcı maliyyə institutlarında fəaliyyət
göstərib. Zəngin əmək təcrübəsi ilə yanaşı, dr. Emin Aslanov ötən müddət ərzində qeyd
olunan sahələr üzrə ardıcıl elmi fəaliyyət ilə də məşğul olub.
Bu səpkidə onun Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin nəşr etdiyi Vergi
Jurnalında (https://www.taxes.gov.az/az/page/azerbaycanin-vergi-jurnali ) bank işi və
qiymətli kağızlar mövzusunda elmi tədqiqat işi dərc olunub. Elmi-praktiki dairələrdə
geniş maraq doğuran bu tədqiqat işi qeyd olunan sahələr üzrə aktual müzakirələrə
səmərəli töhfə verən istiqamət kimi qiymətləndirilib.
Məlumat üçün bildirək ki, dr.Emin Aslanov 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi
adını almışdır. 2020-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
İqtisad Elmləri Doktoru proqramı üzrə fəaliyyətini davam etdirir.
Muğanbank hər zaman maarifləndirmə təşəbbüslərində öndə olub və Azərbaycanda
təhsilin və maliyyənin inkişafına öz töhfəsini verməyə çalışır.
Tweet