“Ukrayna nəinki uduzmamalı, qalib gəlməlidir” – Pistorius

Müharibənin hansı şərtlərlə başa çatması və sülhün əldə olunması məsələsini yalnız Ukrayna həll edə bilər. 

Qaynarinfo “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü, sentyabrın 13-də Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Ukrayna mediası qeyd edir ki, Pistorius Ukraynanın sadəcə “uduzmamalı” deyil, qalib gəlməli olduğunu deyən bəlkə də ilk alman siyasətçisidir. 

Onun sözlərinə görə, ukraynalılar danışıqlar apara bilməyincə, ölkənin Qərbin köməyinə ehtiyacı olacaq. Sülh şərtlərinə gəlincə, o, bu məsələni Ukraynanın preroqativi adlandırıb.

“Sülhün hansı şərtlərlə bağlanacağına qərar vermək sonda bizim işimiz deyil, ukraynalılar qərar verəcək, biz bu məsələni onların öhdəsinə buraxmalıyıq… Digər işlər bizim onların suverenliyinə hücumumuz olardı”, – Pistorius bildirir. 

Nazirin sözlərinə görə, Rusiya hələ danışıqlar barədə düşünmür və daha uzun illər mübarizə aparmağa hazırdır.

“Deməli, hələ ki, danışıqlar üçün heç bir əsas yoxdur… Mən bunun heç bir əlamətini görmürəm”, deyə nəşr Almaniya Müdafiə Nazirliyinin rəhbərinin sözlərindən sitat gətirir. 

Onun sözlərinə görə, Pistorius ilkin danışıqların diplomatik kanallarla aparılıb-aparılmadığını bilmir, lakin bunu istisna etmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR