Ukrayna Silahlı Qüvvələri Donetsk şəhərində yerləşən Andriyevka kəndini azad edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Açıqlamada deyilir:
“Müdafiə qüvvələri hücum hərəkətləri zamanı Donetsk vilayətində Andriyevkanı azad edib. Düşmən canlı qüvvə və texnika baxımından xeyli itki verib, qüvvələrimiz ələ keçirilən sərhədlərdə məskunlaşır”.