“Bu Ələsgəri tanıyan varsa, ona söyləsin ki, işverənlik etməyə gərək yox”

Millət vəkili Fazil Mustafanın adının Türkiyənin “Kanal A” telekanalında “Paralel hökumət”lə bağlı hallandırılması deputatın etirazı ilə qarşılanıb. Modern.az-ın məlumatına görə, F.Mustafa olaya belə münasibət bildirib:
fazil_mustafaaaaa111111

“Dostlardan biri zəng edib bildirdi ki, dünən Türkiyənin “Kanal A” telekanalında yayımlanan proqramda iştirak edən Ələsgər soyadında bir azərbaycanlı “ilahiyyatçı” (söylədiyinə görə şişman, 35-40 yaşlarında birisi) Türkiyədə məşhur bir ifadə olan “Paralel Yapı” mövzusuna toxunarkən Azərbaycanda bu yapını dəstəkləyən əsas şəxslərdən biri olaraq mənim adımı çəkib. Bu və ya gələcəkdə bu mövzuda danışmaq istəyən bütün geri zəkalılara bir məsələni çatdırmaq istəyirəm ki, Türkiyə daxilində baş verən proseslər mənim maraq dairəmdə deyil və hər hansı bir Yapını dəstəkləmək barədə də hansısa bir açıqlama verməmişəm”.

Fazil Mustafa Azərbaycandakı türk liseylərinin bağlanması məsələsinə etirazına da aydınlıq gətirib:

”Qaldı ki, Türk məktəblərinin bağlanması məsələsinə etiraz etməyimə, bu da sırf Azərbaycan maraqlarını düşünərək atılan addım idi. Artıq bu məktəblərin başqa bir adla yoluna davam etməsi onu göstərdi ki, Azərbaycan hakimiyyətində də məktəblərin bağlanması addımının faydalı olmadığı qənaəti yarandı”.

Deputat onun adını “Paralel Yapı” məsələsində hallandıran şəxsə də ismarıc göndərib:

”Bu Ələsgəri tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə gərək yox. Bizim içimizdə Türkiyə sevgisi doğulanda meydanda nə Yapı varıydı, nə də AKP. Bundan sonra da milliyətçili, solçulu, islamçılı, camaatlı bütöv Türkiyə tablosu üzərindən prossesləri dəyərləndirəcəyik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR