Bzejinski: “Ukraynanı NATO-ya götürmək olmaz”

img1602048
Ukraynanın NATO-ya qəbulu Rusiya ilə konflikti kəskinləşdirəcək. Musavat.com-un məlumatına görə, bunu ABŞ prezidentini milli təhlükəsizlik məsələləri üzrə müşaviri, tanımış politoloq və sovetoloq Zbiqnev Bzejinski Polşa radiosuna müsahibəsində deyib.
“Konfliktin kəskinləşməsi Rusiya üçün daha əlverişli ola bilər, nəinki bizə. Çünki bu, Ukraynanın iqtisadiyyatının və demokratik sisteminin tam çöküşünə gətirə bilər. Belə vəziyyətdə üzvlük Ukraynaya nə verə bilər və bizə nə gətirəcək”, – deyə politoloq sual edib.
Bsejinskiyə görə, situasiya hərtərəfli analiz edilməlidir, nəinki emosiyalar və Ukraynaya rəğbət əsas götürülməlidir. Analitik bu xüsusda həmçinin,  ukraynalıların özlərinin arasında da NATO məsələsində parçalanma olduğunu diqqətə çatdırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR