BP Azərbaycanda ixtisar aparacaq

77383 (1)

Böyük Britaniyanın British Pertoleum (BP) neft-qaz şirkət işçilərini ixtisara salmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, bunun üçün şirkət 1 milyard dollar xərcləyəcək. Bu pulla neftin kəskin ucuzlaşması ilə bağlı gələn il yüzlərlə iş yeri bağlanacaq.

“Hal hazırda biz biznes maraqları üzərində diqqəti cəmləmişik. Lakin bununla təhlükəsizlik və məsuliyyətə diqqət azalmayacaq. Bizim məqsədimiz BP-ni güclü və daha rəqabətə davamlı etməkdir”, deyə şirkətin icracı direktoru Bob Dadlı “Guardian”a açıqlamasında deyib.

Onun sözlərinə görə, ixtisarlar BP-nin ABŞ, Azərbaycan, Böyük Britaniya və Almaniyadakı nümayəndəliklərinə aid olacaq. Lakin bunun platforma işçilərinə aid olacağı az ehtimal edilir.

Qeyd edək ki, neftin qiymətində rekord ucuzlaşma başlayıb. Belə ki, Brend markalı qara qızıl 4,9% ucuzlaşaraq 63,56 dollara düşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR