Xilas edilənlərin sayı artdı

Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən partlayış nəticəsində dağıntı altından çıxarılanların sayı artıb. 8998

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR