BVF Ukraynanı qanadının altına alır

1418377932Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyə yardımı göstərilməsini istəyib.

Axar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Uilyam Murrey Ukraynaya əlavə maliyyə yardımı təmin etmək üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı şərqdə gedən hərbi əməliyyatların gərginliyinə tab gətirə bilmir.

Qeyd edək ki, dekabrın 13-14-də Beynəlxalq Valyuta Fondunun birinci müavini Devid Liptonun Kiyevə gələcəyi gözlənilir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR