Həsən Ruhani İranın ali dini lideri Seyid Əli Xamneyini xəstəxanada ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə Ruhaninin rəsmi Tvitter hesabında məlumat verilib. Məlumata görə, əməliyyat uğurla keçib və Xamneyinin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Xamneyi prostatdan əziyyət çəkdiyi üçün Tehrandakı xəstəxanaların birində əməliyyat olunub.