Baş nazir seçkinin qalibi oldu

55786

Yaponiyada keçirilən erkən parlament seçkiləri başa çatıb. Səsverməyə əsasən, baş nazir Sindzo Abe və tərəfdarları seçkilərdə qalib gələn tərəf olub.

Abenin rəhbərliyi altında Yaponiyanın liberal-demokratik partiyası və Yeni Komeyto partiyalarından formalaşan blok parlamentin 3-də 2-sinə mandat əldə edib. Blokun 475 yerdən 325-inə sahib olduğu bildirilir.

Seçkilər, eyni zamanda, Sindzo Abenin yürütdüyü iqtisadi və maliyyə siyasətinə etimad referendumu xarakterində keçib.

Bir müddət əvvəl baş nazirin parlamenti buraxmasına səbəb ölkənin iki əyalətində vergilərin 5 faizdən 8 faziə qaldırılmasından sonra həmin əyalətlərdə iqtisadi geriləmənin baş verməsi olmuşdu.

Ölkə əhalisinin əksəriyyəti Abenin maliyyə siyasətinə etibar etmir.

Ekspertlər, Abenin, eyni zamanda, siyasi arenada da səhvlər buraxdığını deyirlər. “Rusiya, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Çinlə diplomatik əlaqələr lazımi səviyyədə qurulmayıb” – deyə siyasi ekspert Amaki Naoto qeyd edib.

Yaponiyada növbəti seçki sınağı gələn ilin aprel ayında olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR