Neftin qiyməti $55,91-ə düşdü

neft

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.

Brent markalı neftin bir barrelinin qiyməti London birjasında 0,19 faiz enərək 61,98 dollara enib.

Nyu-York birjasında WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə saat 19:06-da 57,81 dollar olduğu halda, hazırda daha 1,90 dollar enərək 55,91 dollara çatıb.

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən etibarən Brent markalı neft 44 faiz, WTI isə 41 faizdən çox düşüş yaşayıb.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR