“Azərsu” bu gün Bakının bir hissəsini susuz qoyacaq

75618_res_01“Azərsu” ASC abonentlərə müraciət edib.

Virtualaz.org-un məlumatına görə, müraciətdə bildirilir ki, Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 16 dekabr 2014-cü il tarixdə gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə – Bülbül və Xətai prospektləri, S. Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR