Aparıcı: “Mətanət İsgəndərli tramvay sürücüsü olub”

“Evdəyik” verilişinin aparıcısı Ülvira Qarayeva maraqlı açıqlaması ilə yadda qalıb.W1siZiIsIjIxNTUzMC8xNDEwMTk4MDA4QEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ

Qafqaznews.az  Gecce.az-a istinadən xəbər verir ki, xanım aparıcı müğənni Mətanət İsgəndərli haqqında bir faktı açıqlayıb:

“Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, Mətanət İsgəndərli tramvay sürən imiş. O, müğənnilikdən qabaq bu işlə məşğul olub”.

Verilişdə qonaq olan meyxanaçı Samirə isə teleaparıcının həmin açıqlamasına belə cavab verib:
“Mətanəti bilmirəm, ilk dəfədir sizdən eşidirəm. Amma bir müğənnimiz var, Roza Rəhimli. O, efirlərə də çıxırdı. Roza xanım tramvay sürən idi”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR