Respublika Çempionatı keçiriləcək

img170710720-21 dekabr 2014-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanma Mərkəzində Draytulinq (Drytooling) üzrə ikinci Respublika Çempionatı keçiriləcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından musavat.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçiriləcək Çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubunun iştirak edəcəyi gözlənilir.
Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.
Draytulinq üzrə Respublika Çempionatının yüksək səviyyədə təşkil olunması üçün Federasiyanın tərkibində fəaliyyət göstərən klubların idmançıları hazırda “ClimBaku” İdman Dırmanma Mərkəzində böyük həvəslə məşq edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR