Lukaşenko: “Nəsə lazım olsa de, bir sutkaya hazır edək”– VİDEO

pic_4f165c523e89b0ae7276cf495c587588“Biz doğma adamlarıq”.

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ukraynalı həmkarıPyotr Poroşenko nə istəsə, onu edəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Belarusun dövlət agentliyi olan BELTA xəbər yayıb.

“Ukrayna prezidenti nə istəsə, açıq şəkildə deyirəm, biz bunu həmişə etmişik. Və bundan sonra da belə olacaq”, – deyə, Lukaşenko iki prezidentin Kiyev görüşündə bildirib.

Belarus lideri əlavə edib ki, onlar Poroşenko ilə qonşu və “doğma adamlardır”.

“İstəyirəm Ukraynada hər şey yaxşı olsun. Çoxları bunu hansısa oyun yaxud buna bənzər bir şey kimi başa düşürlər. Mən isə bilirəm ki, siz bunu belə qəbul etmirsiz. Siz prezidentsiniz, sizin üçün ağrılıdır. Elə həmin üçün də. Və mən bu məqamdan çıxış edirəm”, – deyə, Lukaşenko bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR