Ekspert: 95 və 98 markalı benzinin qiyməti aşağı salınmalıdır

bf3cdc
“Vəziyyət paradoksaldır”
Nə qədər paradoksal olsa da bu ilin iyunundan bəri benzinin qiyməti neft ölkələri olan İndoneziyada 30, Malayziyada 8 faiz yüksəlib. Əksinə, qara qızılı idxal edən Hindistanda qiymət 9, Çində 10, ABŞ-da isə 20 faiz aşağı düşüb .Qafqaznews.az. oxu.az istinadən xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. “Məsələnin iqtisadi tərəfi bəlkə də heç də pardoksal deyil: neft ölkələri benzini baha satmaqla qiymət azalmalarından yaranan mövcud və potensial kəsirləri qapamağa, istehlakçı ölkələr isə bu prosesi bazar tənzimlədiyi üçün bununla dövlət xidməti sektorunda və xərcləmələrdə artıma nail olmağa çalışırlar”- deyə o vurğulayıb. Onun sözlərinə görə, “Azərbaycanda Aİ 92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədəuyğun deyil: Tənzimlənən qiymətlərin dünya bazar qiyməti ilə birbaşa əlaqəsi olmadığından birjalardakı dəyişikliklərə reaksiya verməməsi iqtisadi baxımdan da məqbuldur”.

“Çünki, bir sıra digər ödənişlər və eləcə də subsidiyaların məbləği məhz tənzimlənən qiymətə uyğun olaraq müəyyənləşdirilir. Bununla belə, istehsalçı ölkədə ucuzlaşdığı üçün idxal olunan Aİ 95 və Aİ 98 markalı benzinin qiymətinin aşağı salınması olduqca vacibdir. Bu markalı benzinlərin qiymətini bazar müəyyənləşdirdiyi üçün mənbə ölkədəki dəyişikliklərə reaksiya verilərək sözügedən benzin markalarının ucuz qiymətə təklif edilməsi nəinki vacibdir, həmçinin bu bazarın diqtəsidir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR