25 azərbaycanlının da olduğu təyyarə İrəvana məcburi eniş etdi – VİDEO

V-Erevane-chut-ne-razbilsya-layner-Air-FranceTəyyarədə nasazlıq yaranıb.

Ötən gün Ukrayna Hava Yollarına məxsus göyərtəsində 25 azərbaycanlının da olduğu Kiyev-Tiflis reysini həyata keçirən təyyarə İrəvanda məcburi eniş edib. Buna təyyarədə yaranmış nasazlıq səbəb olub. İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təyyarədən endirilərək gözləmə zalına aparılıblar.

Oxu.Az xəbər verir ki, burada azərbaycanlılara pasportlarına sərhəd keçid məntəqəsində möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub.Azərbaycanlıların təkidindən sonra  onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb. Uzun müddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıblar. Təyyarədə olan Kiev Milli Aviasiya Universitetinin azərbaycanlı tələbəsi, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvü Səfərəli Babayev Diaspora TV-ə müsahibəsində 25 azərbaycanlının başına gələnləri danışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR