Azərbaycanda “KamAZ” yük maşınları istehsal olunacaq

1419321802Rusiyanın “KamAZ” şirkəti ilə Azərbaycanın Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sazişi imzalanıb.

Report.az xəbər verir ki, sazişə əsasən, Gəncə müəssisəsində “KamAZ” markalı yük maşınlarının uzunmüddətli əsaslarla istehsalının təşkili planlaşdırılır.

Bununla yanaşı, şirkətlər arasında lisenziya müqaviləsi imzalanıb. Lisenziya müqaviləsinə əsasən, “KamAZ”ın məşhur modellərinin də Gəncə Avtomobil Zavodunda istehsalı təşkil olunacaq.

Qeyd edək ki, “KamAZ” maşınlarının Azərbaycanda istehsalına 2015-ci ilin ilk yarısında başlanılması nəzərdə tutulub.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR