Lənkəran Şəhəri Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Elçin Kişiyevin saxlanıldığı Müvəqqəti Saxlama Yerinin kamerasına baxış zamanı 35 qram heroin aşkar edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı E.Kişiyevin narkotik vasitəni İran İslam Respublikasından udaraq keçirməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.