Bakıya gətirilən yeni avtobuslar xəttə buraxıldı

76563_res_01

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar bu gün sərnişinlərin xidmətinə verilib.

Virtualaz.org bildirir ki, Türkiyə istehsalı olan 25 ədəd “İsuzu” markalı avtobus artıq 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edir.

Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.

Xatırladaq ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR