Rusiyada su qiymətinə maşınlar

79328

Maliyyə kapitalının ölkədən axını, neft qiymətlərinin kəskin enməsi və Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın zəif iqtisadiyyatının tənəzzülə uğramasına gətirib çıxarıb.

ANS PRESS-in məlumatına görə, buna baxmayaraq rublun məzənnəsinin düşməsi ixracatçılar və ucuz mallar axtaran müştəriləri cəlb edən biznes şirkətlərinin xeyrinədir.

Rusiyada rublun məzənnəsinin düşməsi ölkədə aşağı qiymətli malların ixracatçıları üçün xeyirli olub. Rusiya rəsmiləri bugünkü iqtisadi şəraitdə Moskvanın özünün də Qərb məhsullarına qoyduğu sanksiyalara baxmayaraq, yerli biznes sahələrinin inkişaf edəcəyini deyir.

Buna misal kimi ucuzlaşan maşınları çəkmək olar. Bu ilin təkcə oktyabr-noyabr ayə ərzində belaruslar Rusiyadan 21,5 min maşın çıxarıb.

Belarus baş naziri Mixail Myasnikov deyib ki, “bu təqribən 320 milyon dollar pul deməkdir. Bu dollarları Belaruslar Rusiyaya xərcləyiblər”.

Rublun düşməsi ilə əlaqədar olaraq Belarusla Rusiya arasında yeni avtomobillərin qiymət fərqi 4-5 min dollar olub. Bu göstərici digər qonşu ölkələrlə də müqayisədə eynidir.

Qonşu ölkələrdən gələnlər birdən-birə xeyli ucuzlaşan məişət texnikasına eyni maraq göstərirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR