Bunlar ömrümüzü uzadır (FOTO)

Sağlamlıq üçün əvəzsiz qidalar. Bu məhsullar həm ömrü uzadır, həm də həyat keyfiyyətini yaxşılaşdırır.
13712
Zeytun
Qaraciyəri işlədir, ağrıkəsicidir. Yüksək təzyiqi salır. Qandakı şəkər miqdarını tənzimləyir. Bağırsaqdakı qurdlarla mübarizə aparır.

Turp
Böyrəklərdəki mikrobları öldürür. Qum və daşları tökdürür. Qaraciyərdəki şişkinliyi aradan qaldırır. Revmatizma, astma, bronxit kimi xəstəliklərdə faydalıdır.

Soya:
Uzun yaşamaq istəyən hər kəs soyadan faydalanmalıdır. Onun tərkibindəki maddələr qan dövranını sürətləndirir, süd vəzi, uşaqlıq, boyun xərçəngi riskini azaldır.

 

Soğan və sarımsaq
Yüksək təzyiq və ürək xəstəlikləri riskini azaldır. Soğan mədə, sarımsaq isə bağırsaq xərçəngi riskini azaldır. Sarımsağın mayasındakı maddələr hüceyrələrin ziyan çəkməsini və bunun nəticəsində erkən yaşlanmanın başlamasının qarşısını alır.

Badımcan
Qan azlığında faydalıdır. Çəki itirməyə kömək edir. Böyrək ağrılarını kəsir. Əsəbləri sakitləşdirir. Ürək döyüntüsünü azaldır. Lakin dəri, şəkər,mədə, bağırsaq xəstəlikləri olanların çox yeməməsi məsləhətdir.

Kartof

Ancaq qızarmışı çəki artırır. Bu məhsul həzmi asanlaşdırır, qəbzliyin qarşısını alır. Tərkibi bol miqdarda C vitamini və proteinlə zəngindir. 100 qram kartofda 80 kalori var. Kartofun qida ən faydalı yeri qabığı olduğu üçün onu adi bıçaqla soymaq yox, xüsusi alətlə qazımaq lazımdır. Qabığı soyulan kartof C vitamininin 25 faizini itirir.

Gödələk
İmmuniteti gücləndirir. Orqanizmi demək olarki bütün xəstəliklərə qarşı qüvvətləndirir.
Çinlilər göbələkdən dərman kimi istifadə edirlər.

Kələm
Xərçəngə qarşı ən effektiv tərəvəzdir. Bol miqdarda B,C və E vitamini var. Bədəndəki zəhərli maddələrin təmizlənməsinə kömək edir. Kələmin tərkibində xərçəng hüceyrələri ilə mübarizə aparan maddələr var. Araşdırmaya görə, həftədə bir gün kələm yemək bağırsaq xərçəngi riskini 2/3 dəfə azaldır.

Qabaq

Toxumları qurd tökücü kimi istifadə edilməkdədir. Qabaqın özü C və B1 vitamini ilə zəngindir. ətli qismindən çiban və şiş xəstəlikləri zamanı məlhəm kimi istifadə etmək olar.

İspanaq
Göz xəstəlikləri, dəridəki ləkələrə qarşı effektiv vasitədir. Həftədə 6 dəfə ispanaq yeyənlərdə yaşlanma nəticəsində ortaya çıxan dəri ləkələnmələrinin müşahidə edilmədiyi ortaya çıxıb. Bir necə yarpaq ispanaq gündəlik dəmir ehtiyacının 1/10 qarşılayır.

Yerkökü
Həftədə 5 dəfə yerkökü yemək xüsusilə qadınlarda infarkt, insult riskini 68 faiz azaldır.Hər gün bir kök ağciyər xərçənginə tutulma riskini yarıya salır. Gözləri qoruyur, immuniteti möhkəmləndirir, qan azlığı ilə mübarizə aparır, ana südünü artırır, dəridəki quruluğu aradan qaldırır.

Pomidor
Həm xərçəngdən qoruyur, həm də əqli, fiziki yaşlanmanı ləngidir. Ürək xəstəlikləri və prostat xərçənginə qarşı faydalıdır. Tərkibindəki likopen sayəsində bir çox xəstəliklərdən qoruyur.

Buğda
Kəpəkli buğdadan azırlanan məhsullar bağırsaqların yaxşı işləməsini təmin edir, qəbzliyi aradan qaldırır. Lakin yulaf və qarğıdalı unu ilə müqayisədə həzmi nisbətən çətindir.

Brokoli
Xərçəngdən qoruyan və ömdün uzanmasına kömək edən məhsuldur. Sümük əriməsinin qarşısını alır. Brokoli vitamin mənbəyidir.

4af2e36d8d247aec36652420be58fe65a7c7b3e09744df05

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR