Əliyev həmsədrləri qəbul etdi

55651Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar aparılıb

Prezident İlham Əliyev fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, həmsədrlərin regiona səfəri bu gündən başlayıb. Onlar Azərbaycanda görüşləri yekunlaşdıqdan sonra Ermənistana yollanacaqlar.

Həmsədrlərin işğal olunmuş Azərbaycan torpaqlarına səfəri də gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR