“Ukraynaya siyasi dəstək məsələsi müzakirə olunub, silah göndərmək söhbəti olmayıb”.
Bu haqda Polşa prezidenti dünən gecə TVN24 BiS telekanalının efirində danışıb və Ukraynaya silah göndərilməsi haqqındakı informasiyaları təkzib edib. Bu məsələnin NATO sammitində, ümumiyyətlə, qaldırılmaığını söyləyib.
Xatırladaq ki, bazar günü Ukrayna prezidentinin məsləhətçisi Yuri Lutsenko Facebook səhifəsində yazıb ki, NATO-nun Uels sammitində ABŞ, Fransa, Polşa, Norveç və İtaliyadan Ukraynaya silah gətirilməsi haqqında razılıq əldə edilib. Sonradan bütün bu ölkələrin hamısı verilmiş informasiyaı təkzib etsələr də, Ukrayna prezidenti Pyotr Poroşenko təkid edib ki, NATO-nun bir neçə ölkəsi ilə müasir silahların birbaşa ölkəyə gətirilməsi haqqında razılaşmalar var.
“NATO sammitində Ukraynaya silah göndərilməsi haqqında danışıqlar olmayıb. Ukrayna yalnız siyasi dəstəyə bel bağlaya bilər. Yardıma ümid edə bilər, lakin bu, ölüm gətirəcək silah ola bilməz”, – deyə Polşa lideri bildirib.
“Sammit Ukraynanı necə xilas etmək məsələsinə həsr olunmamışdı. Şimali Atlantika alyansı işarə etdi ki, Ukraynaya verə biləcəyindən artığını vəd etmir”, – Komorovski əlavə edib. (Axar.az)