“Kaspersky” ABŞ-ın casus fəaliyyətini ifşa etdi – 30 ölkə izlənilir

28191Rusiyanın “Kaspersky Lab” şirkəti 30 ölkədə yerləşən kompüterlərə daxil olmaq imkanı olan ABŞ Beynəlxalq Təhlükəsizlik Agentliyinin kiber casusluq faəliyyəti ilə məşğul olduğunu ortaya çıxarıb.

“Western Digital”, “Seagate”, “Toshiba” kimi şirkətlərin “hard disk”inə gizli proqramın yazıldığını bildirib. Proqram sayəsində uzaq məsafədə olan kompüterlərə rahat şəkildə daxil olmaq imkanı əldə edilir.

“Kaspersky Lab” ABŞ-ən 30 ölkədə kompüterlərə casus proqramı yazdırdığını aşkarlayıb. Ən çox viruslu kompüterlər İran, Rusiya, Pakistan Əfqanıstan, Çin, Rusiya, Suriya, Yəmən və Malidə aşkarlanıb.

Telekommunikasiya şirkətləri banklar, nüvə sahəsində çalışan şirkətlər, media quruluşların və islamçı fəallar Amerikanın əsas hədəfidir.

“Kaspersky Lab” casus proqramının yaradıcısı ilə bağlı ad verməsə də, virusun mənbəyinin “Stuxnet” olduğu bildirilir. “Stuxnet” ABŞ və İsrailin İran nüvə reaktorlarını vurmaq üçün istifadə etdiyi kiber silahdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR