Rusiya Federal Statistika xidməti ötən ay ölkədə işsizlərin sayının 5,5 faiz artdığını açıqlayıb.
Sanksiyalar səbəbindən durğunluq dövrünü yaşayan Rusiyada təkcə bir ay ərzində işsizlərin sayı 202 min nəfər artaraq 4 milyon 176 minə çatıb. Xatırladaq ki, dekabr ayında 883 min qeydə alınan işsiz var idisə, yanvarın sonunda bu rəqəm 924 minə çatıb. Ölkədə aktiv işçi kütləsinin sayı isə əhalinin 52 faizini (75,9 milyon nəfər) təşkil edir. (axar.az)