Poroşenko Avropanı Rusiyaya təzyiq etməyə çağırdı

1Ukrayna prezidenti tədbirlər kompleksi haqqında sənəd qəbul edib.

Ukrayna prezidenti Pyotr Poroşenko slovakiyalı əməkdaşı Andrey Kiska ilə görüşü zamanı Avropanı Minsk danşıqlarının yerinə yetirilməsi üçün Rusiyaya təzyiq etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında bildirilir.

Poroşenko Kiskaya Donbassdakı vəziyyətdən danışıb.

“Prezident Rusiyanın Minsk danışıqları zamanı üzərinə götürdüyü öhdəçilikləri yerinə yetirməsi üçün Avropa ölkələrinin səylərinin koordinasiyasının vacibliyini vurğulayıb”, – məlumatda deyilir.

Fevral ayının 12-də “Normand dördlüyü”nün görüşündə Fransa prezidenti Fransua Olland, AFR kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmalarının yerinə yetirilməsinə dair tədbirlər kompleksi barədə sənədi təsdiqləyiblər. Bunlar, əsasən fevralın 15-dən Donbassda atəşin kəsilməsini, ağır silahların geri çəkilməsi və təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutan qərarlardır.

Fevralın 20-də Avropa Şurası rəhbəri Donald Tusk bəyan edib ki, AŞ-a üzv ölkələrin Rusiyaya qarşı yeni sanksiyaların yürüdülməsi imkanları müzakirə edilir. Fevralın 22-si ABŞ dövlət katibi Con Kerri Minsk danışıqlarını pozduğuna görə Moskvaya qarşı yeni sanksiyaların yürüdülməsini istisna etməyib.

“Biz digər dövlətin qorxudulmasına və müstəqilliyinə qarşı saymazyana davranışa laqeyd qalmağı düşünmürük”, – o deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR