Kreditlə bağlı suala son (VİDEO)

8485Dollarla alınmış kreditlər yeni məzənnə ilə ödənməlidir

ANS TV-nin məlumatına görə, dolların məzənnəsi ilə bağlı baş verən dəyişiklik banklarla vətəndaşları üz-üzə qoyub. Məsələ burasındadır ki, dollarla kredit alan vətəndaşlar onu köhnə məzənnə ilə qaytara biləcəklərini düşünür. Banklar isə bunun əksini deyir. Bəzi hüquqşünasların açıqlamaları isə bu mübahisələri daha da qızışdırıb. Əslində anlaşılmazlığın kökü isə qanunvericilikdədir.

Vətəndaşların dollarla götürülən krediti köhnə məzənnə ilə qaytarmasının mümkünlüyü ehtimalını Mülki Məcəllənin 439.7-ci maddəsi yaradır. Bu maddədə yazılır ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri artmış və ya azalıbsa, və ya valyuta dəyişibsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Bu müddəa insanlara ümid verib ki, sanki onlar borcunu köhnə məzənnə ilə qaytara bilər. Amma mülki məcəllənin 739.1-ci maddəsi fərqli fikir deyir.

Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev bildirdi ki, əgər banklarla müştəri arasında imzalanan müqavilədə krediti manatla ödəmək qeyd olunubsa, manat başqa valyuta ilə əlaqələndirilməyibsə onda, müştəri kreditini manatla ödəyəcək. Əgər yox dollar və avro ilə götürülübsə onda o eyni valyuta ilə də qaytarılmalıdır.

Əks halda əgər borc öhdəliyinin yeni məzənnə ilə qaytarılması prinsipi tətbiq olunsa, bu əmanətlərə də şamil olunmalıdır. Məsələn, vətəndaş dollarda bir il əvvəl qoyduğu əmanəti bank yeni məzənnə ilə ödəməkdən imtina edə bilər. Nəticədə, vətəndaşların hüquqları pozula bilər. İstənilən mütəxəssislər mülki məcəllənin 2 maddəsi arasında ziddiyyət olduğunu etiraf edirlər. Bunun aydınlaşdırılması üçün qanunvericiliyə dəyişiklik edilər bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR