Gəncə univermağı barədə şok məlumatlar

copy8Qafqaz Xəbər Agentliyi olaraq xeyli müddət Gəncə univermağında baş verən qanunsuzluqlar barədə yazmışıq. Qısa xatırlatma üçün bildirək ki, Moskva şəhərində çeçen və gürcü iş adamlarına 1 milyon dollardan artıq pul atıb Gəncəyə qaçan “Andro” ləqəbli Məzahir az vaxtda şəhərin mərkəzindəki univermağı qanunsuz yolla özəlləşdirərək xeyli var-dövlət sahibi oldu. Hətta çeçen və gürcü iş adamlarının “borc”unu da qaytara bildi. Sonra isə şəhərin başçıları ilə sövdələşərək Gəncənin mərkəzindəki böyük bir ərazini zəbt elədi. Sel kimi gələn pullar “Andro”nun həyat tərzini dəyişdi..o yenidən evləndi…təzə qaynı Vüqarı özünə köməkçi götürdü. Ancaq eyş-işrətə və cinayətə meyllənən “Andro” bir nəfəri ölümcül döydüyü üçün onun barəsində cinayət işi açıldı. Və “Andro” qonşu Gürcüstana qaçmağa məcbur oldu. Həmin gündən Vüqarın əl-qolu açıldı və univermağın əsl sahibinə çevrildi. Qısa müddətdə Vüqar astronomik var-dövlət sahibi olaraq univermağı cinayətkar metodlarla idarə etməyə başlayıb. Univermaqda Dubaydan,Türkiyədən, Gürcüstandan, Rusiyadan qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan mallar qanunsuz satılırdı. Digər tərəfdən ölkə vətəndaşlarından oğurlanan qızıl əşyalar möcüzəli şəkildə bir gün sonra Gəncə şəhərinin Mərkəzi Univermağında peyda olur. Univermağın xeyli sahəsi müxtəlif iş adamlarına icarəyə verilmişdi. Onu da qeyd edək ki, qızıl şöbələri Vüqarın özünə məxsusdur və onun qaçaqmalçılıq yolu ilə gətirdiyi qızıllar öz şöbələrindən satılır və univermaqda ondan başqa heç kim xarici ölkələrdən gətirilən qızıl əşyalar sata bilməz. Ən dəhşətlisi odur ki, bütün bu cinayət əməlləri uzun müddət cəmiyyətin və ən əsası hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verib. Hətta bir dəfə Maliyyə Nazirliyinin Əyyar Palatasının işçiləri univermağa təşrif buyursalar da, Vüqarın tələbi ilə univermaqdan qovulublar. Çünki univermaqda satılan qızıl əşyaların əksəriyyəti kustar üsulla hazırlanmış emalatxana mallarıdır və qızıl əşyaların, brilliant daşların sertifikatları yazdıqları “prob”a uyğun gəlmir. Eyni zamanda univermaqda həyata keçirilən bütün ticarət dövriyyəsi vergidən külli miqdarda yayındırılırdı.gence Bütün bunlar barədə Qafqaz Xəbər Agentliyi ardıcıl məqalələr dərc edəndən sonra vəziyyət dəyişməyə başladı. Agentliyimizin yazılarından sonra Gəncə şəhər 12 saylı Vergilər İdarəsi ( rəis Şahin Əyyubov ) univermaqda yoxlamalara başladı, univermaqda kassalar quraşdırıldı və s. Son məlumata görə, univermağın 1-ci mərtəbəsində icarəyə  yer götürən “Kotton” şirkətindən 5 ayın icarə haqqı- 200 min manat birdəfəyə alınıb. Onu da qeyd edək ki, təxminən 300 kv.metrlik zirzəmi “Kotton” şirkətinə icarə verilib və şirkət zirzəmidən həm depo, həm də tikiş sexi kimi istifadə edir. Dükanda satılan paltarlar həmin tikiş sexində tikilir. Univermağın 3-cü mərtəbəsində zərgərlik sexi fəaliyyət göstərir ki, orda düzəldilən qızıl əşyalar 2-ci mərtəbədə Vüqara məxsus qızıl satış şöbəsində guya xaricdə istehsal olunan mal adı ilə satılır. Daxil olan məlumata görə Vergi İdarəsnin yoxlamasından sonra univermaqdakı dükanlardan pul yığımı başlayıb. Yalnız telefon satan 82 “polka”nın vergisini Vüqar öz üzərinə götürüb və deyib ki, vergi ilə özüm hesablaşacam. Onu da qeyd edək ki, 82 polkanın əksəriyyəti topdan satışla məşğul olur və hər üç polkaya bir kassa aparatı quraşdırılıb. Univermaqda ticarət edən Ceyhun-Bəxtiyar ( ata və oğul ) cütlüyünün ayda 200-400 min manatlıq dövriyyəsi olsa da, dövlətə 300 manat pul ödəyirlər, yəni vergidən külli miqdarda yayınırlar. Biz əvvəlki yazılarmızda bu cütlüyün qanunsuz əməllərini ifşa elədik və düşündük ki, vergi orqanları ciddi tədbir görəcəklər. Ancaq Ceyhun-Bəxtiyar cütlüyü univermaqda etdiyi söhbətlərdə deyirlər ki, 12 saylı vergi idarəsinin audit şöbəsinə dəvət olunsaq da yüngül bir xərclə məsələni yoluna qoyduq. Univermağın 4-cü mərtəbəsində Vüqar Çindən olan şəxslərə çanta sexi yaradaraq icarəyə verib və 10 min manat icarə haqqı alır. Və uzun müddətdir ki, çinlilər həmin sexdə həm yaşayır, həm də işləyirdilər. Univermağın içində çinliləri heç kim görmürdü. Gəncəli sahibkarlar bildirirlər ki, univermaqda icarəyə yer götürmək istəyirsənsə Vüqar səndən altı ayın icarə haqqını əvvəlcədən alacaq. Embawood mebel dükanı isə univermağın hər bir mərtəbəsini gəzəndən sonra univermağı tərk etmək istəsə də Vüqarın əvvəlcədən aldığı icarə haqqını geri ala bilmirlər. Bu da ciddi narazlıq yaradır. İcarəçilər Vüqarın qəbuluna saatlarla düşə bilməyərək gözləyirlər ki, oynadığı nərd- taxtanın tası nə vaxt bitəcək. Vüqarın qapısında dayanan qulağıqırıqlar da icarəçiləri içəri buraxmırlar. Son vaxtlar Superfon telefon mağazası univermaqda öz sahəsini genişləndirir. Hazırda həmin mağazada sürətlə təmir və genişlənmə işləri gedir və ilkin razılaşmaya əsasən icarə haqqı 8 min manat olacaq. Hətta razılaşmaya əsasən Superfon şirkətinin sahibi Sərxan genişlənmək üçün Vüqara 35 min manat pul verərək mağazanın təmirini öz üzərinə götürüb. Onu da deyək ki, Superfon şirkəti qaçaqmalçılıq yolu ilə əldə edilən telefon aksesuarlarının satışı ilə məşğuldur. Superfon şirkətinin Gəncə şəhərində üç, Şəmkirdə bir, Mingəçevirdə isə bir dükanı və Gəncə univermağının içərisində 82 telefon polkasının cərgəsində bir dükanı və univermağın zirzəmisində 200 kv.m-lik deposu vardır. Superfon şirkətinin həm Bakı şəhərində, həm də “Sədərək” ticarət mərkəzində iki dükanı fəaliyyət göstərir. Bölgələrə 6 ədəd Qazel markalı avtomobillər gün ərzində mobil telefonların aksessuarlarını satışa çıxarırlar. Özünün və işçilərinin dediyinə görə bölgələrdəki dükanlarda 4 milyon manatlıq satışa verilən malları var. Sual yaranır ki, belə bir astronomik dövriyyənin qabağında ayda 200 manat vergi ödəmək hansı qanuna uyğundur? Univermağın içindəki aksesuarlar alıcılar arasında  Superfona qarşı narazılıq yaranıb ki, niyə o Vüqarla 8 min manatlıq icarə sazişinə girib. Buna görə də Superfonun mallarının alışını baykot elan edərək, univermağın 1-ci mərtəbəsində fəaliyyət göstərən Vip dükanından aksesuar alırlar. Ancaq qeyd edək ki, Vip-in də aylıq dövriyyəsi Superfon-dan geri qalmır. Yeri gəlmişkən, görəsən Superfon-da çalışan 21 nəfər işçinin neçəsi sosial fonda ödəmə edir? Vüqarın Gəncə şəhərinin Üç Təpə qəsəbəsində inşa elətdirdiyi möhtəşəm villa barəsində növbəti yazıda.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR