Fevralın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, günün birinci yarısında bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.