Azərbaycanda dollar ucuzlaşdı

84637Xarici valyutaların məzənnəsində müəyyən dəyişikliklər olub

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dollarının rəsmi məzənnəsi bir gündə azalaraq 1.0502-dən 1.0501-ə düşüb.

Avronun məzənnəsində isə artım qeydə alınıb. Belə ki, 1 avro bir gündə 1.1914-dən 1.1942-yə yüksəlib.

Avro ilə yanaşı Rusiya rublunun kursunda da artım qeydə alınıb. Ötən gün 0.0167 olan 1 rublun məzənnəsi bu gün 0.0171-ə yüksəlib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR