Poroşenkodan müharibənin taleyini həll edəcək əmr

1423749873“Ukrayna Prezidenti Pyotr Poroşenko bu gün Minsk sazişinə uyğun olaraq, Donbasdan ağır silahların çıxarılması barədə əmr verə bilər”.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyinə hərbi mənbələrdən məlumat verilib. Mənbə təhlükəsizlik qüvvələrinin prezidentin sözügedən məsələ ilə bağlı əmrini gözlədiklərini bildirib.

Qeyd edək ki, artıq Donetsk və Luqansk separatçıları münaqişə zonasından ağır silahların çıxarılmasına başlayıblar.

Xatırladaq ki, 11 fevralda keçirilən Minsk görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Pyotr Poroşenko, Fransa Prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Ukraynanın şərqində atəşkəs elan edilməsi barədə razılıq əldə etmişdi.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR