Daha bir mağazada süni qiymət artımı aşkarlandı

b1b1a3a0494d3b0aec99a1a37bbb82a3İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınır. İqtisadiyyat və Sənaye Nazirliyindən Lent.az-a verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında “Fərid” şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR