Zaur Kazımov vəzifəsindən uzaqlaşdırıldı

1369035178_bas-polis-idaresi-es1Ötən ilin sonunda qafqaznews.org saytında “Bir avtomobilə iki dövlət nömrəsi..?” başlıqlı yazı dərc olunmuşdu.
Qısa xatırlatma üçün qeyd edək ki, yazı Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Zaur Kazımovun öz xidməti maşını “Nissan Sentra”nı idarə etmək üçün iki dövlət nömrəsindən ( 10-AP-057 və 90-AP-522 ) istifadə etməsindən bəhs edirdi.
Məlumat üçün bildirək ki, Zaur Kazımovun adı ölkə mətbuatında vaxtilə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı hallanırdı. Zaur Kazımovun adı hallandırılan videoçəkiliş bir müddət mətbuatda hay-küyə səbəb olmuşdu, hətta onun DİN-dən uzaqlaşdırılması xəbəri yayılmışdı. Düzdür, sonradan xəbər təkzib olundu.
İlk öncə onu bildirək ki, bizim “iki nömrə” məsələsinə ciddi yanaşmağımızın səbəbi kimisə ittiham eləmək deyildi, cəmiyyətimizin maraqlarından irəli gəlirdi. 71ebc621c0c920c205c18ec8c68c5ec4
Birincisi, “iki nömrədən istifadə” istər-istəməz müxtəlif şübhələrə yol açır və unutmayaq ki, yaxın keçmişimizdə belə hallar olub.
İkincisi, bizdə olan məlumata görə, “Nissan Sentra” markalı avtomobil DİN-də idarə rəisi statusu olanlara verilir. Bəs, niyə qayda pozulur?
Görəsən bölmə rəisinin müavini nə mühüm vəzifədir ki, ona da DİN-dən xidməti avtomobil Nissan Sentra verilib, özü də iki nömrə ilə…
Digər tərəfdən, axı, Zaur Kazımovun adı mətbutda ancaq polis işçisi adına yaraşmayan video, audio yazılarla qalıb.
Bu şəxsin DİN-də hansı xidməti olub ki, belə “mükafatlandırılır”. kr
Sonrakı araşdırmalarımız zamanı bizimlə söhbətində Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da təsdiq elədi ki, bölmə rəislərinin müavinləri xidməti avtomobildən istifadə eləmir.
Bir daha təkrar edirik ki, bizim kiminsə personası ilə problemimiz yoxdur, söhbət qanunlara hörmətdən gedir. Baxmayaraq ki, Zaur Kazımov özünün və yaxınlarının vasitəsilə bizə qarşı mətbuat-pressinqi də göstərmək niyyətində oldu və hətta belə bir cəhddə bulundu. Ancaq bizi şəxsi münasibətlər deyil, dövlət maraqları düşündürür.
Aldığımız son məlumata görə, polis mayoru Zaur Kazımov vəzifəsindən azad olunub.
Bu onu göstərir ki, hörmətli Daxili İşlər naziri cənab Ramil Usubov mətbuatın yazdıqlarına və ictimai rəyə hörmətlə və diqqətlə yanaşır.
Biz Qafqaz Xəbər Agentliyi olaraq fəaliyyət göstərdiyimiz müddət ərzində cənab nazirin dövlət maraqlarını hər şeydən öndə tutduğunun şahidi olmuşuq. Bizim də məqsədimiz dövlətimizin maraqlarıdır.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR