Neftin qiyməti düşdü

56932Müxtəlif markalı neftlərin qiyməti yarım dollar ucuzlaşıb

Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, amerikanın yüngül WTI markalı neftinin fyuçers qiyməti Nyu-Yorkun NYMEX birjasında 0,45 dollar düşüb.

Bununla da onun qiyməti 1 barrelə 49,31 dollar səviyyəsinə enib.

Şimal dənizindən olan Brent markalı neftin fyuçerslərinin qiyməti isə Londonun ICE birjasında 0,51 dollar enib.

Bununla da onun qiyməti 1 barrelə 62,07 dollar təşkil edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR