Azərbaycanda bir tay unun rəsmi qiyməti açıqlandı

un kisede1425293684Azərbaycan Dövlət Taxıl Fondunda (DXT) bu günə 500 min tona yaxın yüksək keyfiyyətli ərzaq buğdası ehtiyatı var.

Bunu Fövqəladə Hallar Nazirliyinin DTF üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, Fonda tədarük edilən taxılın həcmi 50% artırılaraq 750 min tona çatdırılıb: “Azərbaycan Prezidentinin tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli qərarı ilə Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcmi 500 min tondan 750 min tona qaldırılıb ki, bu da daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə intervensiya aparmağa, istisna hallarda qıtlıqdan sui-istifadə edilməklə qiymət artımına cəhdlərin qarşısının alınmasına imkan verir. Hazırda Dövlət Taxıl Fondundan un istehsalçıları olan müəssisələrə buğdanın bir tonu 185,6 manata buraxılır. Bu qiymət yerli taxıl bazarına dövlət tərəfindən həyata keçirilən ciddi intervensiyanın nəticəsidir ki, əla növ 50 kq-lıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat həddində müəyyən olunub. Bu isə öz növbəsində ölkədə istehsal olunan çörəyin qiymətinin sabit saxlanılması üçün əsas zəmindir, yəni çörəyin qiymətinin yüksəldilməsinə heç bir əsas yoxdur”.

Report.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR