Böhran Hacı İbrahimi də “vurdu”: İş adamı işçilərinə maaş verə bilmir

1425304961_0001Bakıda dəniz içərisində “Xəzər adaları” layihəsini həyata keçirən “Avesta Consern” işçilərinə maaş verə bilmir.

Əməkdaşların “Marja”ya verdikləri məlumata görə, şirkət sonuncu dəfə ötən ilin dekabr ayında əməkhaqqı verib. İki aydan çoxdur əmək haqqı almayan işçilər çətin vəziyyətdədirlər. Bu səbəbdən, bir neçə işçi öz istəyi ilə işini tərk edib.
Şirkətin işçilərinin sözlərinə görə, işlərin dayanmaması üçün yalnız torpaq daşıyan sürücülərin maaşları verilib. Şirkətdən işçilərə bildiriblər ki, iqtisadi vəziyyət ilə bağlı banklar şirkətə pul ayırmadığından əmək haqlarını ödəyə bilmirlr.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR