Dollar və avroda son vəziyyət

imagesAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsində artım qeydə alınıb.

Belə ki, 1 avro bir gündə 1.1733-dən 1.752-yə qalxıb.

ABŞ dollarının rəsmi məzənnəsində isə heç bir dəyişiklik olmayıb. Hazırda 1 ABŞ dolları 1.0496 olaraq müəyyən edilib.

Avro və dollarla yanaşı, Rusiya rublunun kursunda da dəyişiklik olub. Ötən gün 0.0170 olan 1 rublun məzənnəsi bu günə 0.0168 olaraq müəyyən olunub.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR