Nazir oğlu 22 cangüdənlə gəzir-Foto

1402482541_anarAnar  Məmmədovun  “kübar həyat”  tərzi

Bir neçə gün öncə  nəqliyyat  naziri  Ziya Məmmədovun oğlu  Anar Məmmədov  Qubada keçirilən  qolf  turnirinə rəhbərlik edirdi. Anar  Məmmədov  həmin tədbirə  tanınmış  sənət insanlarını, məşhur simaları da dəvət edib. Bunu saytların tədbirlə  bağlı  yerləşdirdiyi  fotolardan da görmək  olur.

Tədbirdə iştirak edən  möhtəbər  mənbənin verdiyi məlumata görə Anar Məmmədov  tədbir  vaxtı  nə az, nə çox düz  22 nəfər cangüdənlə qəzirdi.

Görəsən, Anar Məmmədov  hansı yüksək  dövlət postu tutur?

Yaxud  nazir oğlu kimlərdən və nədən ehtiyat edir?

Ümumiyyətlə, Anar Məmmədovun bu sayaq həyat tərzi  heç kimə sirr deyil…1402482600_10456424_569621013148862_7640687722459031621_n

Biz  keçən il Türkiyə səfərində olarkən nazir  oğlunun İstanbul küçələrində bahalı avtomobil  karvanı ilə  gəzməsinin  şahidi olmuşuq. Konkret  olaraq  nazir  oğlu dəyəri 1 milyon avro olan, 34 AN 0001  qeydiyyat nömrəli  “Rolls-Royse Phantom” markalı avtomobillə  İstanbulun küçələrində şütüyür.

Deyəsən, nazir oğlu özünü kübar mənşəli simalar kimi aparmaq istəyir. Amma unudur ki, cangüdənlə gəzmək hələ kübarlıq deyil…Həm də və ən əsası xərclənən milyonlar halal yolla qazanılıb, yoxsa xalqın cibindən oğurlanıb…

Araz Мəmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

b69T34QE1j0q drpQI5uIDVRb uJjm56EHJuXI

14 20140731_IMG_0073 1402482091_140247942326 1402482113_140247946239

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR