100 yaşlı bəy və 20 yaşlı gəlin (VİDEO)

50812Bir əsr yaşı olan kişini gəlin otağına belə yola salıblar

100 yaşlı adam evləndi! Həm də nəticəsi yaşda qızla.

Səudiyyə Ərəbistanında görənləri, eşidənləri heyrətləndirən hadisə yaşanıb. ANS PRESS-in məlumatına görə, 100 yaşlı kişi 20 yaşına belə çatmamış qızla ailə qurub.

Toyun görüntülərinin bir hissəsi internetdə yayılıb. Bir əsrlik kişinin toyu dəbdəbəli keçib. Onu gənc ərəblər müşayiət ediblər.

Xoşbəxtliyi gözlərindən oxunan bəyin ətrafında əli qılınclı kişilər rəqs edib, əyləniblər.

Toy havasına oynayan əli qılınclılar yaşlı kişini gəlinin otağının qapısına kimi müşayiət ediblər.

Qeyd edək ki, ərəb ölkələrində qızların çox erkən yaşlarında özlərindən dəfələrlə böyük şəxslərlə evləndirilməsi adi haldır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR