Hacıqabul sakini nazirdən kömək istəyir

img1759244Hacıqabul sakini daxili işlər nazirinə müraciət edib.
Zemfira Ələkbərova musavat.com-a göndərdiyi məktubda nazir Ramil Usubovdan kömək istəyir: “Biz bir ilə yaxındır ki, qapılarda qalmışıq. Hara gediriksə, bizi başdan edirlər. Cənab nazir, Sizin məlumatınız olmayan bir haqsızlıqla üzləşmişik. Çox xahiş edirik ki, bizi dinləyib, kömək edəsiniz.
Yetimçiliklə, min əzab-əziyyətlə, atasız tərbiyəli, mədəni, qabiliyyətli oğul böyütdüm. Uşaq sevinə-sevinə polis paltarı geyindi. Amma oğlum heç bir günahı olmadan kiməsə qurban verildi və 11 illik xidməti yerə vuruldu, 3 övladının qarşısında xəcalətli oldu.
Bu 6 nəfər ailənin ağırlığı yenə bu ağbirçək yaşımda mənim üzərimə düşüb. Üzləşdiyimiz bu dözülməz haqsızlığı Ramil müəllim Sizin diqqətinizə çatdırmaq istəyirəm. Lakin bu günə kimi Sizinlə görüşməyimə heç cür şərait yaradılmır.
28 fevral 2015-ci il tarixdə Şirvan şəhərində Siz vətəndaşları qəbul etməyə gələndə yenə də “sehrli qüvvə” qabağıma sədd çəkdi. Mənim kimi anaların, kimsəsiz yetimdarların güman yeri Azərbaycan dövləti və Sizsiniz. Oğlumun üzləşdiyi haqsızlığın detalları barəsində qəbulda ətraflı məlumat verə bilərəm. Bir ana kimi xahiş edirəm ki, məni qəbul edərək dinləyəsiniz. Bütün ailə üzvlərimiz Sizə daim minnətdarıq”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR