Bakıdakı İran klinikasında nə baş verir?

1425485276Səhiyyə Nazirliyi İran klinikasını növbəti dəfə cəzalandırdı. Fevralın 7-də İranın Qırmızı Aypara Cəmiyyətinin tibb ocağı barəsində ölçü götürülsə də, martın 4-də növbəti cəza tədbiri görülüb.  Axar.az xatırladır ki, xeyli müddətdir bu klinikanın fəaliyyətinə xitam veriləcəyi haqda söz-söhbət dolaşır. Hətta bir dəfə bağlanan klinika yenidən işini bərpa etmişdi. Ancaq son iki ay ərzində nazirik klinikanı iki dəfə cəzalandırıb. Klinikada nə baş verdiyi müəmmalı olaraq qalır.    Daha əvvəl isə İranın “İmam Əli” tibb ocağı bağlanıb.  Xatırladaq ki, İran klinikalarının yürütdüyü siyasət nəticəsində hər gün onlarla xəstə İrana axışır. Bu klinikalar xüsusilə Təbrizdə fəaliyyət göstərən bir neçə özəl tibb müəssisəsi ilə gizli əməkdaşlıq edirlər. Belə ki, onlara müraciət edən Azərbaycan vətəndaşlarının çoxunu həmin özəl tibb ocaqlarına yönləndirirlər. Bu isə müəyyən maddi maraq müqabilində baş tutur. Bakıda çalışan iranlı həkimlər Təbrizdəki xəstəxanalardan ora göndərilən hər xəstəyə görə faiz alırlar.  Qeyd edək ki, bu tibb müəsssisəsi Yasamal rayonunda yerləşir.

Axar.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR