Biz Qafqaz Xəbər Agentliyi olaraq dəfələrlə vətəndaşların məmurlar tərəfindən pozulan hüquqlarından bəhs edən yazılar dərc etmişik. Ancaq Azərbaycanda təkcə ayrı-ayrı vətəndaşlar deyil, hətta kütləvi infomasiya vasitələri də qanunsuzluqla üzləşir. Bu dəfə qanunsuzluqla üzləşən….Qafqaz Xəbər Agentliyidir… Bəli, əziz oxucular, təəccüblənməyin. Agentliyimizin hüquqları Azerfon şirkəti tərəfindən pozulur. Bu proses ötən ilin may ayından başlayıb. Agentliyimizin təsisçisi Mahmud Rasimoğlu bildirb ki, 2014-cü ilin may ayında Azerfon-un reklamlarına baxarkən, şirkət tərəfindən satılan telefon nömrələri almaq qərarına gəlib. Agentliyin təsisçisi bildirib ki: “ Mən şirkətin nümayəndəsindən xahiş elədim ki, mənə ən ucuz telefon nömrəsi satılsın. Aramızda bağlanan müqaviləyə görə, bir dəqiqəlik danışıq 4 qəpik olmalı idi. Agentliyin əməkdaşları arasında danışıq qiyməti isə 1 qəpik olmalı idi. Mən şirkətdən agentlik üçün 20 telefon nömrəsi götürdüm”. Mahmud Rasimoğlunun sözlərinə görə, müqavilə imzalanarkən, Azerfon-un nümayəndəsi bildirdi ki, alıcılara bonus nəzərdə tutulur və bonusun miqdarı alınan nömrələrin sayı ilə mütənasibdir. Bundan sonra Mahmud Rasimoğlu təsisçisi olduğu “Qafqazhüquq” MMC və “Qafqaztəhsil” MMC üçün də Azerfon-dan telefon nömrələri almaq qərarına gəlir və şirkətin nümayəndəsi Elnarə Kərimliyə müraciət edir. Elnarə Kərimli isə bildirir ki: “ Çox gözəl, biz sizin istəyinizi nəzərə alarıq. Biz sizə bonus kimi mobil telefonlar hədiyyə edərik və gələcəkdə sizin istifadə elədiyiniz telefon nömrələri üçün dəyəri azaldarıq”.
Aramızda bağlanan müqaviləyə uyğun olaraq şirkət “Qafqazhüquq” və “Qafqaztəhsil”-ə təxminən 20 telefon nömrəsi verdi. Ancaq Elnarə Kərimlinin vəd elədiyi bonus olmadı. Bundan əlavə, hər alınmış nömrəyə görə, istifadə edib-etməməyimizdən asılı olmayaraq hər ay 2 manat ödəməli olduq. Bu şərtlər məni qane etmədiyindən, daha uyğun şərtlər təklif edən Bakcell-ə müraciət etməli oldum. Mən Azerfon-dan xahiş elədim ki, mənim tərəfimdən alınmış telefon nömrələri Bakcell-in balanslna köçürülsün. Ancaq Azerfon bizdən “qopmaq” istəmədi. Və bizə bonus kimi 4 İPHONE təklif elədilər, vəd verdilər ki, bizi kruizə-gəzintiyə yollayacaqlar. Biz bu təkliflərdən imtina elədik. Onda Azerfon taktikasını dəyişməli oldu və bizə əngəllər yaratmağa başladılar. Bizdən Azerfon-a olmayan borcları tələb eləməyə balşadılar. Biz bu şirkətdən qopmaq üçün tələb olunan borcları da ödədik. Ancaq məsələ bitmədi. Azerfon-un nümayəndələri bildirdi ki, guya bizim təqdim elədiyimiz sənədlər düzgün doldurulmayıb. Nəhayət çox çətinliklə “QafqazXəbər” və “Qafqaztəhsil” üçün alınmış telefon nömrələrini Bakcell-in balansına keçirə bildik. Ancaq “Qafqazhüquq” MMC üçün alınmış telefon nömrələri bugünədək Azerfon-da qalır və biz yüksək abunə haqqını ödəməyə məcburuq. Biz münaqişə tərəflərinin fikrini öyrənmək qərarına gəldik. Bakcell-in nümayəndəsi Anar Verdiyev qafqaznews.org-a bildirib ki, onun şirkəti dəfələrlə Azerfon-a nömrələrin köçürülməsi ilə bağlı sorğu göndərib: “ Bizdən heç bir əsas olmadan göndərilmiş sorğuda dəyişiklik istəyirdilər. Biz hər dəfə onların tələbini yerinə yetirirdik. Bu gün nəhayət dedilər ki, problem başa çatdı”. Azerfon-un nümayəndəsi Elnarə Kərimli isə Anar Berdiyevin dediklərini inkar elədi: “ Telefon nömrələrini bir operatordan başqa bir operatora köçürəndə uyğun sorğu göndərilməlidir. Və Bakcell hər dəfə bizə səhv sorğu göndərirdi. Ona görə də nömrələrini köçürə bilmirdik”.
Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)