Laçının icra başçısı Akif Səlimovun şübhəli əməlləri
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan məlumata görə Laçın rayon sakini Əliqulu İbrahimov 10 gün müddətinə həbs olunub. Çətnliklə olsa da Əliqulu İbrahimovla telefon əlaqəsi saxlaya bildik. O, bildirdi ki, mənim həbsimin səbəbi dövlətimə, prezidentimə sevgim olub: “ Mən sosial şəbəkələrdə dövlətçiliyimizə zidd olan xoşagəlməz statuslar paylaşan bəzi şəxslər barədə icra başçısı Akif Səlimova demişdim. İcra başçısı isə həmin şəxsləri məktəb direktoru təyin etdirəndə mən etirazımı bildirdim. Bu isə başçının xoşuna gəlmədi. Ona görə də məni şantaj etdirərək 10 gün müddətinə həbs etdirdi”.
Hazırda azadlıqda olan Əliqulu İbrahimov bizə bildirdi ki, hazırda həyatım təhlükədədir və ölkə rəhbərliyindən öz təhlükəsizliyimə təminat istəyirəm.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)