Bürclər (7 mart)

img1499471QOÇ – Əgər maddi vəziyyətiniz imkan vermirsə, uzaq yola çıxmaq planınızı təxirə salın. Yoxsa səfər boyu gərginlik sizdən əl çəkməyəcək. Şəxsi büdcənizin qayğısına qalmağa çalışın.
BUĞA – Ağıllı addımlarınız ətrafda hər şeyin xeyrinizə dəyişəcəyinə təkan verməkdədir. Bu isə gün ərzində fəaliyyətlə bağlı uğurlarınızın start götürməsinə imkan yaradacaq.
ƏKİZLƏR – Yaxşı olar ki, bütün vacib işlərinizi bu gün başa çatdırasınız. Ən azı ona görə ki, sonrakı günlərdə buna imkan tapmayacaqsınız. Özünüzü hər addımda bədxahlardan qorumağa çalışın.
XƏRÇƏNG – Astroloji göstəricilərə görə, qarşınızda anlaşılmaz bir gün dayanıb. Odur ki, bu tarixdə qeyri-ənənəvi işlərə aludə olmamalı, sabitliyinizi təmin etməlisiniz. Səhhətinizi qoruyun.
ŞİR – Naharaqədərki süstlüyünüzü nəzərə almasaq, qalan müddətdə işləriniz qaydasında gedəcək. İndi siz puldan daha çox münasibətləri tənzimləməyə səy göstərməlisiniz. Digər işlər düzələndir.
QIZ – Bu gün özünüzü olduqca ciddi aparmalısınız. Çünki istənilən xırda zarafat münaqişəyə səbəb ola bilər. İmkanlı adamlar vasitəsilə problemlərinizi aradan qaldırmağa çalışın.
TƏRƏZİ – Səhər saat 05:51-dən bürcünüzdə bərqərar olan Ay sizə ümumi gərginlik vəd edir. Bu isə hər addımda daha da ehtiyatlı davranmağınızı tələb edir. Yeni təkliflərə razılıq verməyin.
ƏQRƏB – Daxili gərginliyiniz günorta saatlarından etibarən aradan qalxmağa başlayacaq. Bu isə nəzərdə tutduğunuz planların icrasını sürətləndirəcək. Amma sözünüzün ağası olmağı da bacarın.
OXATAN – Ümumi ovqatınız yüksək olduğundan xırda gərginliklər gözünüzə görünməyəcək. Amma mistik düşüncələrə də qapılmaq olmaz. Başınızın üstündə yalnız Tanrı qüdrətini hiss edin.
OĞLAQ – Qarşınızda duran vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. İndi nüfuzunuzu artırmaq üçün imkanlarınız genişdir. İşdən sonra yaxınlıqda yaşayan ünvanlara qonaq getmək olar.
SUTÖKƏN – Astroloji göstəricilər qismən gərgin gün yaşayacağınızı bəyan edir. Hər hansı mübahisəyə, riskli iş və sövdələşmələrə “yox” deməlisiniz. Xətakar insanlardan uzaq olun.
BALIQLAR – Bəxtinizə təzadlı gün çıxıb. Belə ki, nahara qədər qarşılaşacağınız uğurlar sonrakı müddətdə tamamilə əks istiqamətə yönələ bilər. Odur ki, yalnız günün birinci yarısında aktiv olmalısınız.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR