24 saat su olmayacaq

3043Məhdudiyyətlərin yaranması su kəmərində baş vermiş qəza ilə əlaqədardır

Paytaxtda bir neçə rayonuna içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Ans press-in “Azərsu” ASC-yə istinadla verdiyi məlumata görə, Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi dayandırılıb.
Məhdudiyyət Nəsimi rayonu ərazisində (C.Məmmədquluzadə küçəsi) 700 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Təmir işləri ilə əlaqədar 24 saat ərzində bu ərazilərə suyun verilməsi dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR