Ramil Usubovdan yeni təyinat

86396_res_01Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin (PB) baş əməliyyat müvəkkili, polis mayoru Vüqar Ağayev Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) istintaq bölməsinin (İB) rəisi təyin olunub.

Qeyd edək ki, V.Ağayev 31-ci PB-də işləyənə qədər Sabunçu RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi olub. DİN-də peşəkar zabitlərdən hesab olunan V.Ağayev dəfələrlə xidmətdə fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülüb.

Xatırladaq ki, Sabunçu RPİ-nin rəis müavini Əbülfət Rzayev vəzifəsindən azad edilərək Şəki ŞRPŞ-yə rəis təyin olunub (report.az).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR