“SAXO BANK” XEYRİYYƏ MƏQSƏDİLƏ TREYDİNQ TƏŞKİL EDİB

Saxo_Bank_logo.svg“Saxo Bank” velosiped yarışlarının rəqabət ruhunu treydinq dünyasına gətirərək xeyriyyə məqsədilə vəsait toplamaq üçün “Tinkoff-Saxo” velosiped komandası ilə birgə aksiyaya başlayır.

Bakı – 11 mart 2015-ci il, Qafqaz Xəbər Agentliyi .Onlayn aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan “Saxo Bank” Alberto Kontador, Peter Sagan, İvan Basso, Matti Breşel və “Tinkoff-Saxo” velosiped komandasının digər üzvlərinin iştirakı ilə “Peşəkar kimi sövdələş” (“Trade Like a Pro”) adlı xeyriyyə aksiyasını başlayıb. Proqramın əsas məqsədi – xeyriyyə məsələləri üçün maksimum vəsait yığmaqdır.

Peşəkar velosiped komandasının 46 nəfər velosipedçi, menecer və idman direktorlarından ibarət heyət “Saxo Bank”ın “Peşəkar kimi sövdələş” yarışmasında iştirak edir. Hər bir iştirakçıya “Saxo Bank” tərəfindən 1 500 avro təqdim olunub və onlar “Saxo Mobile Trader” proqramından istifadə etməklə birja əməliyyatlarında iştirak edəcəklər. Yarışma “Giro D’İtalia” turnirinin sonunadək, bu ilin 31 may tarixində komandanın sövdələşmələrdən əldə olunan gəlirləri daxil olmaqla yekun balansında toplanmış vəsaitlərin iştirakçıların seçiminə uyğun olaraq xeyriyyə məqsədilə sərf olunması ilə yekunlaşacaq.

“Peşəkar kimi sövdələş” layihəsi “Saxo Bank”ın multi-aktivlər üzrə sosial ticarət platforması olan TradingFloor.com saytında keçirilir. Saytda qeydiyyatdan keçməklə yarışmanın gedişatını və iştirakçıların fəaliyyətini izləmək, onlarla ünsiyyət qurmaq, treydinq haqda ideyaları müzakirə etmək və müxtəlif strategiyaları mənimsəmək mümkündür. Martın 6-na olan məlumata əsasən, “Tinkoff-Saxo” komandasının idman direktoru Tristan Hoffman investisiyalardan 19,77% mənfəət əldə etməklə yarışmanın liderdir.

Komandanın 2000-2005-ci illərdə velosipedçisi olmuş, hazırda isə idman direktoru vəzifəsində çalışan hollandiyalı Tristan Hoffman bildirir: “Yarışma qızğın mübarizə ilə müşahidə olunur və dağa qalxma və ya “Yaz Klassik” yarışlarında final sprintinə sərf olunan qədər enerji tələb edir. Hər birimiz müəyyən edəcəyimiz istiqamətdə ianə vermək üçün  mümkün qədər çox pul qazanmaq istəyirik və hazırda lider olmağım mənim üçün sevindiricidir. Layihə həm də “Saxo Bank”ın fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün əla fürsətdir”.

“Peşəkar kimi sövdələş” aksiyası “Saxo Bank”ın ötən ilin noyabr ayında start verdiyi “Ride like A Pro” (“Peşəkar kimi idarə edin”) layihəsi ilə paralel şəkildə reallaşdırılır. Bu layihə “Saxo Bank”ın cari və potensial müştərilərinə “Tinkoff-Saxo” peşəkar velosiped komandası kimi məşq etməyi, velosipedin quruluşu və intensiv məşqlərin sirlərini öyrənməyə imkan verir. Eksklüziv yürüş proqramı çərçivəsində seçilmiş bir qrup insan təmənnasız şəkildə “Tinkoff-Saxo” komandası ilə birgə təlim və məşqlərə qatılıb, “Giro d’İtalia” və “Vuelta a Espana” kimi dünyaca məşhur velosiped yarışlarının ən çətin mərhələlərində iştirak ediblər.

Hər iki layihəni şərh edən “Saxo Bank”ın bütün biznes istiqamətlərinin rəhbəri Matteo Kassina qyed edib: “Saxo Bank”ın “Tinkoff-Saxo” komandası ilə uzun dövrü əhatə edən uğurlu əməkdaşlığı vardır. “Trade Like A Pro” layihəsi elit idman növləri və ən qabaqcıl yarışlarla olan əlaqələrimizi möhkəmləndirmək məqsədini daşıyır. Hər iki layihə iştirakçıların fiziki və zehni hədəflərini reallaşdırmaq istiqamətində bütün imkanlardan faydalanmasına xidmət edir. “Saxo Bank” inanır ki, bu, həm maliyyə bazarlarında, həm də velotrekdə uğura nail olmaq üçün əsas vasitədir”.

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır.  Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır.  Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR