Dollar və avro ucuzlaşdı

84380Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dolları 1.0492-dən 1.0489-a düşüb. Dollarla yanaşı, avronun da məzənnəsində dəyişiklik olub.

Belə ki, 1 avro bir gündə 1.1208-dən 1.1023-ə geriləyib.

Avro və dollarla yanaşı, Rusiya rublunun kursunda da dəyişiklik olub. Ötən gün 0.0168 olan 1 rublun bu günə məzənnəsi 0.0170 olaraq müəyyən olunub.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

5db33ef32b44

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR